Cari ilin yanvar sentyabr aylarında Azərbaycana 1 044 281 nəfər səfər edib.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu keçən ilin eyni dövrü ilə müqayisədə 32,6% çoxdur.
Keçən ilin eyni dövrü ilə müqayiədə bu göstərici 787 817 nəfər idi.
Ən çox turizm məqsədi ilə gələn ölkələrin siyahısında isə 387 862 nəfərlə Rusiya, 96 396 nəfərlə Türkiyə, 62 795 nəfərlə Səudiyyə Ərəbistanı, 36 299 nəfərlə Pakistan 35 670 nəfərlə Qazaxıstan ölkələri olub.