Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 535 765 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici illik müqayisədə 373 020 nəfər və ya 32,1% çoxdur.
Keçən ilin eyni dövründə isə həmin şəxslərin sayı 1 162 745 nəfər olub.
Gələnlərin 1 044 281 nəfəri turizm məqsədi ilə, 491 484 nəfəri isə digər məqsədlərlə gələnlərdir. Turizm məqsədi ilə gələn vətəndaşların ümumi səfər edənlərin 68%-ni, digər məqsədlərlə gələnlər isə 32%-ni təşkil edib.
Turist kimi gələn vətəndaşların sayında illik 256 464 nəfər (32,6%), digər məqsədlərlə gələn vətəndaşların sayı 111 556 nəfər (29,4%) artıb.
Ən çox səfər edənlərin olduğu ölkələr isə Rusiya (476 456 nəfər), Türkiyə (273 min 967 nəfər) və İran (115 603) nəfər olub.