Car ilin 9 ayında Azərbaycana gələn turistlərin iqtisadi fəallıq statusu üzrə sayı 917 483 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 209 min 397 nəfər və ya 29,6% çoxdur.
Belə ki, 2022-ci ilin 9 ayı ərzində iqtisadi fəallıq statusu üzrə turistlərin ümumi sayı 708 min 086 nəfər olub.
Hesabat dövründə həmin turistlərin 424 min 500 nəfəri muzdla işləyənlər, 445 min 155 nəfəri özünməşğullar, 36 min 755 nəfəri qeyri-fəal olanlar, 11 min 073 nəfəri isə işsiz şəxslər olub.
Muzdla işləməyə gələnlərin sayında 31,9%, özünəməşğulların sayında 34,4%, işsiz şəxslərin sayında 23,6% artım, qeyri-fəal olanların sayında isə 20,3% azalma baş verib.
2022-ci ilin yanvar sentyabr aylarında 321 min 751 nəfəri muzdla işləyənlər, 331 min 289 nəfəri özünəməşğullar, 46 min 088 nəfəri qeyri-fəal olanlar, 8 min 958 nəfəri isə işsiz şəxslər olub.