Cari ilin yanvar-sentyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin yerləşmə vasitələri üzrə sayı cəmi 4 782 430 ədəd təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 536 789 ədəd və ya 47,3% çoxdur.
Keçən ilin yanvar-sentyabr aylarında bu say 3 245 641 ədəd olub.
Gecələmələrin 1 512 642-si mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 500 600-i kirayə götürülmüş evlərdə, 1 343 701-i qohumların və ya dostların evində, 1 425 487-i özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə olub.
Gecələmələrin sayı illik müqayisədə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 46,4%, kirayə götürülmüş evlərdə 87,7%, qohumların və ya dostların evində 18,1%, ailə üzvlərinə məxsus mənzillərdə 76,4% artıb.
Keçən ilin eyni dövründə isə gecələmələrin 1 033 247-si mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 266 742-si kirayə götürülmüş evlərdə, 1 137 738-i qohumların və ya dostların evində, 808 074-ü özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə olub.