"Bakı Metropoliteni" QSC növbəti tenderin nəticələrinin elan edib.
FED.az xəbər verir ki, qalib "Bakı Neft Maşınqayırma Zavodu" ASC (VÖEN: 1801127441) seçilib.
Şirkətlə 141 913 manat məbləğində müqavilə imzalanıb.
Tender müqaviləsində ""Bakı Metropoliteni" QSC-nin metro vaqonları üçün müxtəlif növ ehtiyat hissələrinin və cemper üçün kabel ucluğu pulkalarının satınalınması" nəzərdə tutulur.
Qeyd edək ki, "Bakı Neft Maşınqayırma Zavodu" ASC daha öncə də eyniadlı tender üzrə "Bakı Metropoliteni" ilə 167 322 manat məbləğində satınalma müqavilə imzalayıb (01.07.2022).