Dövlət Ehtiyatları Agentliyi “Ərzaqlıq buğdanın saxlanılması xidməti” tenderinin nəticələrini elan edib.
Dövlət Ehtiyatları Agentliyi elan etdiyi tenderin – NƏTİCƏLƏRİNİ AÇIQLADI
FED.az xəbər verir ki, tenderin qalibi “Sarı Sünbül” MMC olub.
Qalib şirkətlə 1 368 000 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Dövlət Ehtiyatları Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Qeyd edək ki, “Sarı Sünbül” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eytram Mirzəyev Yusifəli oğludur. Hüquqi ünvanı AZ1060, Bakı şəhəri Nizami rayonu, Bəkir Çobanzadə, ev 2 ünvanında yerləşir.