27 Sentyabr Anım Günü ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət etmişdir.
Fondun rəsmiləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoymuş, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.





















