2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsaslanan rəsmi statistikaya görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,8% və ya 134 min nəfər azdır.
Azərbaycana gələnlərin ən böyük hissəsini Rusiya vətəndaşları təşkil edib. Ümumi gələnlərin 28%-i Rusiyanın, 19,4%-i Türkiyənin payına düşüb.
Sonrakı yerlərdə İran – 7,8%, Gürcüstan – 4,8%, Qazaxıstan – 4,6%, İsrail – 3,5%, Pakistan – 3,4%, Özbəkistan – 3,2%, Çin və Hindistan – hər biri 2,6%, Səudiyyə Ərəbistanı – 2,5% ilə qərarlaşıb.
Faiz göstəricilərindən hesablandıqda, yanvar-avqust aylarında Azərbaycana təxminən 442,5 min Rusiya, 307,7 min Türkiyə, 123,7 min İran, 76,1 min Gürcüstan və 73 min Qazaxıstan vətəndaşı gəlib.
Gələnlərin 66,9%-ni kişilər, 33,1%-ni qadınlar təşkil edib.
Əcnəbilərin böyük əksəriyyəti Azərbaycana hava yolu ilə gəlib. Gələnlərin 73%-i hava nəqliyyatından, 25,5%-i dəmir yolu və avtomobil nəqliyyatından, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.













