Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk yarısında haqq və komissiyalardan əldə etdiyi gəlirlərin ümumi məbləği 727 milyon 631 min manat olub.
FED.az-ın bankların maliyyə hesabatları əsasında hazırladığı renkinqə görə, komissiya gəlirlərinin böyük hissəsi bir neçə iri bankın payına düşür.
“Kapital Bank” 313 milyon 571 min manat haqq və komissiya gəliri ilə renkinqin lideridir. Bank sektorunda bu mənbədən əldə edilən hər 100 manat gəlirin təxminən 43 manatı Kapital Bankın payına düşür.
İkinci yerdə ABB Bank qərarlaşıb. Bankın haqq və komissiya gəlirləri 154 milyon 511 min manat təşkil edib.
Üçüncü yerdə 88 milyon 95 min manatla PAŞA Bank, dördüncü yerdə isə 58 milyon 153 min manatla Unibank qərarlaşıb.
İlk 4 bank birlikdə komissiyalardan 614 milyon 330 min manat gəlir əldə edib. Bu, cədvəldəki bütün bankların haqq və komissiya gəlirlərinin təxminən 84,4%-i deməkdir.
İlk “onluq”da hansı banklar var?
İlk dördlükdən sonra göstəricilər kəskin azalır. “Rabitəbank” 16,6 milyon manatla 5-ci, “XalqBank” 16,3 milyon manatla 6-cı, “Bank Respublika” 12,8 milyon manatla 7-ci, “Bank of Baku” 11,5 milyon manatla 8-ci, “Yapı Kredi Azərbaycan” isə 11,1 milyon manatla 9-cu yerdədir.
İlk onluğu 8,7 milyon manat haqq və komissiya gəliri ilə “AccessBank” tamamlayır. İlk 10 bankın birlikdə komissiya gəlirləri 691 milyon 311 min manat təşkil edib. Başqa sözlə, ümumi komissiya gəlirlərinin təxminən 95%-i ilk 10 bankın payına düşüb.
Bankların haqq və komissiya gəlirləri – RENKİNQ
|
№ |
Bank |
Gəlir, min manat |
|
1 |
Kapital Bank |
313 571 |
|
2 |
ABB |
154 511 |
|
3 |
PAŞA Bank |
88 095 |
|
4 |
Unibank |
58 153 |
|
5 |
Rabitəbank |
16 621 |
|
6 |
XalqBank |
16 252 |
|
7 |
Bank Respublika |
12 800 |
|
8 |
Bank of Baku |
11 474 |
|
9 |
Yapı Kredi Azərbaycan |
11 125 |
|
10 |
AccessBank |
8 709 |
|
11 |
Expressbank |
6 957 |
|
12 |
Premium Bank |
6 498 |
|
13 |
Turan Bank |
5 050 |
|
14 |
Yelo Bank |
4 864 |
|
15 |
AFB Bank |
4 480 |
|
16 |
Ziraat Bank |
4 340 |
|
17 |
VTB Bank |
1 968 |
|
18 |
Azərbaycan Sənaye Bankı |
1 288 |
|
19 |
Azər-Türk Bank |
446 |
|
20 |
Bank Avrasiya |
418 |
|
21 |
Bank Melli İran |
11 |
Cədvəlin aşağı hissəsində banklar arasında fərq xüsusilə böyükdür. Azərbaycan Sənaye Bankının haqq və komissiya gəlirləri 1 milyon 288 min manat olduğu halda, “Azər-Türk Bank”da 446 min manat, “Bank Avrasiya”da 418 min manat, “Bank Melli İran”da isə cəmi 11 min manat göstərilib.













