Assel Urdabayeva KPMG Caucasus and Central Asia üzrə Audit rəhbəri təyin edilib.
FED.az xəbər verir ki, A.Urdabayeva KPMG-nin audit praktikasına Azərbaycan daxil olmaqla 6 ölkədə — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan və Gürcüstanda rəhbərlik edəcək.
Təyinat 1 oktyabr 2026-dan qüvvəyə minəcək. Urdabayevanın maliyyə hesabatlarının auditi üzrə 20 ildən artıq təcrübəsi var və xüsusilə maliyyə sektorundakı audit layihələrinə rəhbərlik edib.













