Azərbaycanın tikinti və daşınmaz əmlak sektorunun böyük potensialı var.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Sea Breeze” istirahət mərkəzinin sahibi, iş adamı Emin Ağalarov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ölkəmiz Las-Veqas, Dubay və Mayami kimi məkanların xüsusiyyətlərini özündə birləşdirərək real kurort və əyləncə mərkəzinə (entertainment destination) çevrilə bilər", - deyə o, əlavə edib.













