Süni intellekt 2027-ci ilin sonuna qədər və ya ən geci 2028-ci ilə qədər bütün sahələrdə insanları üstələyəcək.
FED.az xəbər verir ki, bu barədə amerikalı texnoloji i ş adamı İlon Mask bildirib. Onun sözlərinə görə, yeni süni intellekt modelləri «həyəcan verici bir sürətlə» buraxılır.
İlon Mask, süni intellektin növbəti il yarım ərzində bütün sahələrdə insan nailiyyətlərini üstələyə biləcəyini söyləyib və bu, kompüter alimi Fransua Çolle tərəfindən beş il əvvəl verilən proqnozu təsdiqləyib.
Çollet 5 il əvvəl - 2021-ci ilin may ayında bildirmişdi ki, hər bir elmi sahə 10-20 il ərzində faktiki olaraq kompüter elmlərinin bir sahəsinə çevriləcək.
Çollet fizika, kimya, biologiya, tibb və arxeologiya kimi sahələri qeyd edərək, modelləşdirməni və genişmiqyaslı məlumatları bu dəyişikliyin hərəkətverici qüvvələri kimi göstərmişdi.
İlon Mask isə bu proqnozu təsdiqləməklə, eyni zamanda bildirib ki, qarşıdakı 10 il ərzində ən azı 1 milyard humanoid robot buraxılacaq.












