"2025-ci ildə turizm gəlirləri birbaşa dəyər olaraq 700 milyon manata yaxın təşkil edib. Bu sektorun milli iqtisadiyyatdakı payı isə təxminən 5,4%-ə çataraq pandemiyadan əvvəlki səviyyəni keçib".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Sədr bildirib ki, təkcə 2025-ci ildə turizm sektoru təxminən 2 milyard ABŞ dolları həcmində xarici valyuta gəliri gətirib.
"Bu rəqəmlər göstərir ki, turizm iqtisadiyyatın digər bir çox sahələrinə güclü təsir göstərən bir investisiya sektorudur", - deyə o, əlavə edib.













