2026-cı ilin ilk 8 ayında Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında ciddi azalma qeydə alınıb.
Azərbaycanlıların xarici səfərləri azalıb – İRANA GEDƏNLƏR 41% AZALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-avqust aylarında bu ölkələrdən Azərbaycana 192 min nəfər gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% azdır.
Mövcud göstəricilər əsasında hesablandıqda, 2025-ci ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı təxminən 288 min nəfər olub. Beləliklə, bir il ərzində turist axını təxminən 96 min nəfər azalıb.
Müqayisə üçün, eyni dövrdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı əksinə, 6,6% artaraq 77,8 min nəfərə çatıb.
MDB ölkələrindən Azərbaycana gələnlərin sayı da 3,1% artaraq 619,5 min nəfər olub.
Digər ölkələrdən gələnlərin sayı isə 8,2% azalaraq 696,7 min nəfərə düşüb.
Beləliklə, ölkəyə gələn əcnəbilərin ümumi sayının 7,8% azalması fonunda ən böyük nisbi geriləmələrdən biri məhz Körfəz ölkələri üzrə qeydə alınıb.













