Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsi (VÖEN: 1600188111) yumşaq inventarların satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
Universitetin mühafizəsinə 800 min manat ayrıldı – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Esen Tekstil” MMC (VÖEN: 1007376401) olub. Tərəflər arasında 4 milyon 265 min 794 manatlı müqavilə imzalanıb.
Qeyd edək ki, dövlət qurumu bu tender üçün 6 milyon 124 min 459 manat vəsait ayırmışdı. Şirkət isə bu qiymətdən 30,3% - 1 milyon 858 min 665 manat daha ucuz qiymət təklif edib.
Xatırladaq ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir.














