"ABB Bank" olaraq Azərbaycanın tanınmış elektronika mağazalar şəbəkəsi ilə tərəfdaşlıq çərçivəsində süni intellekt əsaslı AI Phone layihəsini artıq tam başa çatdırmışıq".
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "ABB Bank"ın tərəfdaşlıqlarla iş departamentinin direktoru Fərid Salahov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, çox yaxın zamanda, daha dəqiq desək, dekabr ayından etibarən müştərilərimiz ABB platformasına daxil olaraq istədikləri elektronika məhsullarını tətbiqdən çıxmadan seçə biləcəklər:
"Onlar məhsullarla bağlı məsləhət və istiqamət ala, fərdiləşdirilmiş təkliflərlə tanış ola və ödənişlərini də birbaşa həmin platforma üzərindən həyata keçirə biləcəklər".
Fərid Salahov qeyd edib ki, bütün bunlar ümumiləşdirilsə, müştərilərin gözləntiləri üç əsas istiqamətdə ifadə etmək olar:
"Birincisi, ödənişlərin rahat və sadə olmasıdır.
İkincisi, ödəniş prosesinə əlavə dəyər qazandıran xidmətlərin təqdim edilməsidir. Bu, müştərilər üçün əlavə maraq və üstünlüklər yaradır.
Üçüncüsü isə strateji tərəfdaşlıqlardır.
Qeyd etdiyim kimi, məhz bu tərəfdaşlıqlar vasitəsilə daha geniş müştəri kütləsinə çata və onların ehtiyaclarını daha dolğun şəkildə qarşılaya bilərik".















