Azərbaycan Tibb Universiteti (VÖEN: 1400457111) yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Univesitet üçün 2027-ci il üzrə mühafizə xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 794 min 942 min manat təşkil edir.
Tenderdə iştirka haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Aysel Bayramova / Satınalma mütəxəssisi /
[email protected] / +994 55 735 18 12
Qeyd edək ki, ötən il və 2024-cü ildə Universitetin mühafizə xidmətləri ilə bağlı tenderlərini “Gesco” ASC udub. Tərəflər arasında 2025-ci ildə 708 min 113 manatlıq, 2024-cü ildə 656 min 206 manatlıq satınalma müqaviləsi imzalanıb.














