“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansında olan üç qeyri-yaşayış sahəsi dekabrın 9-da təkrar hərraca çıxarılacaq.
“Aqrarkredit” BOKT Bakıda dəyəri 1.6 milyon manatdan çox olan əmlaklarını satışa çıxarır - SİYAHI
FED.az xəbər verir ki, Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən obyektlərin başlanğıc qiymətləri 10 faiz endirilib. Üç obyektin ümumi başlanğıc qiyməti 1 milyon 447 min 650 manatdır.
Ən böyük obyekt küçənin 174G girişində yerləşir. Sahəsi 306 kvadratmetr olan obyekt 688 500 manatdan satışa çıxarılacaq. Bu əmlak üzrə beh 3 442,50 manatdır.
174E girişindəki 177 kvadratmetrlik obyektin başlanğıc qiyməti 398 250 manat, behi isə 1 991,25 manatdır. 174F girişində yerləşən 160,4 kvadratmetrlik sahə 360 900 manatdan təklif olunacaq. Bu obyekt üzrə beh 1 804,50 manatdır.
Hərrac 9 dekabr 2026-cı il saat 11:00-da Bakının Nizami rayonunda, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanındakı Əmlak Xidmətləri Məkanında keçiriləcək. İştirak etmək istəyənlər behin köçürüldüyünü təsdiqləyən sənədin surətini və digər tələb olunan sənədləri hərraca ən geci üç bank günü qalanadək təqdim etməlidirlər.
Alıcılar obyektlərə hərracdan əvvəl baxa bilərlər.













