Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə keçirdiyi daha bir tenderinin qalibi açıqlayıb.
Eləcə də bax: Bakıda parkinq siyasəti dəyişəcək - 2 MİLYONLUQ TENDER
FED.az xəbər verir ki, tenderi “Sinam” MMC qazanıb.
BNA müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətin satın alınması üçün şirkətə 6 milyon 66,8 min manat ödəyəcək.