Süni intellekt və rəqəmsallaşma Azərbaycanın iqtisadi inkişaf gündəliyinin prioritet istiqamətlərindəndir.
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - FOTOLAR
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya biznes-forumunda deyib.
Nazir bildirib ki, bu sahədə ardıcıl dövlət proqramları qəbul edilib. 2027-ci ildən etibarən innovasiya, startap və texnologiya parklarının rezidentləri üçün 20 ilədək müddəti əhatə edən vergi güzəştləri tətbiq olunacaq.
Təhsil sahəsindəki əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını deyən nazir qeyd edib ki, ötən il Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında akademik əlaqələrin möhkəmləndirilməsinə, ölkəmizdə müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək. Analoji olaraq onu da qeyd etmək istərdim ki, Azərbaycandan yüzlərlə tələbə İtaliya universitetlərində təhsil alır. (Azərtac)













