Vakansiya haqqında məlumat:
Vəzifə: Kredit Departamenti direktoru
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, Süleyman Rüstəm 11,  “Finex Kredit” BOKT ASC (Baş ofis) 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• BOKT-lar haqqında nəzərdə tutulmuş, inzibatçılara dair tələblər;
•  Biznes, istehlak, sahibkarlıq və s. kredit məhsullarının təhlili,  kreditlərin anderraytinqi sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi;
• Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər; 
• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlər və qaydalar barədə biliklər;
• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
• Müxtəlif biznes sahələrinin və bazar vəziyyətinin təhlili üzrə biliklər; 
• Analitik düşünmə bacarığı və detallara diqqətli ola bilmək qabiliyyəti;
• Azərbaycan dilində səlis danışıq bacarığı. Rus və İngilis dili bilənlərə üstünlük verilir;
• Kredit müştərilərinin BOKT- a cəlb edilməsi, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
• Mütəmadi olaraq müştəri görüşlərinin keçirilməsi və potensial müştərilərə kredit məhsullarının və xidmətlərinin təklifi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
• Ali təhsil;
• Bank sektorunda ən azı 3 il iş təcrübəsi;
• Kredit təhlil etmə bacarığı;
• Problemi həll etmə bacarığı;
• Satış bacarığına malik olması;
• İşdə düzgünlük, operativlik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Məsuliyyətlilik, diqqətcillik;
• İşini düzgün planlaşdırma bacarığı;
• Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.
 
İŞİN TƏSVİRİ: 
• Departamentin işini idarə etmək və əməkdaşların işinə nəzarət etmək; 
• Kredit müraciətlərinin vaxtında təhlil və icra olunmasını təmin etmək; 
• Filial tərəfindən aparılmış kredit analizi və maliyyə təhlilinin keyfiyyətini yoxlamaq və təkrar analiz edərək rəy bildirmək; 
• İri kreditlərin qiymətləndirilməsi və monitorinqlərdə iştirak etmək;
• Kredit məhsullarının yaradılmasında iştirak etmək;
• Kredit reytinq və skorinq sistemlərinin qurulmasında iştirak etmək;
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Kredit Departamenti direktoru” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər.



 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








