Ləğv prosesində olan “Azərşin” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1500490311) səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. İclas 30 oktyabr 2026-cı il tarixində saat 15:00-da cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 8 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı mühüm məsələlər daxil edilib:
Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
-
Cəmiyyətə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq dəyərin səhmdarların sahib olduqları səhmlərin (payların) faiz nisbətində bölüşdürülməsi;
-
Dövriyyədə olan səhmlərin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi;
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.












