Avtomobil almaq üçün kredit götürmək və ya aldığımız avtomobili kreditə salmaq üçün banklarla yanaşı, bank olmayan kredit təşkilatları – BOKT-lar da müxtəlif təkliflər irəli sürür.
Avtomobil krediti götürmək istəyənlərin böyük hissəsi məhz BOKT-lara üz tuturlar. Bu da, BOKT-ların rəqabətli mühitdə işləməsinə, faiz dərəcləri ilə bağlı bir-birləri ilə rəqabətdə olmasına gətirib çıxarır.
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə BOKT-ların avtomobil almaq üçün krediti hansı şərtlərlə verdiklərini araşdırıb.
Araşdırma zamanı məlum olub ki, avtomobil almaqdan ötrü BOKT-lardan 200 min manata qədər kredit götürmək olar. Kreditin müddəti BOKT-lardan asılı olaraq 3-60 ay ərzində, illik faiz dərəcəsi isə 18-45% faiz dərəcəsi arasında dəyişir.
Bundan başqa, BOKT-larda kredit komissiyaları da kifayət qədər yüksəkdir. Bəzi BOKT-lar kredit faizində etdikləri endirimin əvəzini komissiyadan çıxırlar. Nəticədə komissiya xərcləri 6-8%-ə qədər yüksəlir. Yeri gəlmişkən, bəzi BOKT-lar komissiyanın real həddini gizlətməyə üstünlük verirlər.
Ölkədə ən sərfəli avtokredit verən BOKT-lardan biri “FinTrend” BOKT-dur. Bu kredit təşkilatının illik faiz dərəcələri 18%-dən başlayır, amma burada kreditin məbləği digər BOKT-lara nəzərən daha aşağıdır – 50 min manat. Amma bu BOKT komissiya həcmini tam açıqlamır.
“Falcon Finance” BOKT-da da illik faiz dərəcəsi 18-36% arasında dəyişir. Burada 50 min manata qədər krediti 60 aya qədər müddətdə götürmək olar. Hərçənd burada komissiya haqqı 2-8% arasında dəyişir.
“Merkuri” BOKT və “Nas Project” BOKT-da isə avtokreditlər nisbətən daha bahadır. Belə ki, “Merkuri” BOKT-da 30 min manata qədər krediti 36 aya qədər və 28-45% illik faiz dərəcəsi ilə almaq mümkündür. “Nas Project” BOKT-da isə 100 min manata qədər krediti 27-36% illik faiz dərəcəsi ilə almaq mümkündür.
Bu kredit təşkilatında kreditin müddəti fərdi yanaşma əsasında müəyyənləşir.
|
S/N |
BOKT-lar |
Avtomobil kreditinin məbləği |
Müddəti |
Faiz dərəcəsi |
Komissiya |
|
1 |
“Azərbaycan Mikro-Kredit BOKT” ASC |
100 000 AZN-dək |
6-48 ay |
25-28% |
5% |
|
2 |
BOKT "Effektinvest" MMC |
100 000 AZN-dək |
36 ayadək |
30% |
6%-dən |
|
3 |
BOKT “İdeal Kredit” MMC |
200 000 AZN-dək |
3-60 ay |
20-36% |
0%-dən |
|
4 |
BOKT "Falcon Finance" MMC |
50 000 AZN-dək |
3-60 ay |
18-36% |
2-8% |
|
5 |
“Brand Credit BOKT” MMC |
100 000 AZN-dək |
48 ayadək |
27%-dən |
3% |
|
6 |
“FinTrend” BOKT MMC |
50 000 AZN-dək |
60 ayadək |
18%-dən |
1%-dən |
|
7 |
“Azmikroinvest BOKT” MMC |
100 000 AZN-dək |
1-36 ay |
20-24% |
5%-dən |
|
8 |
“City Finance” BOKT MMC |
150 000 AZN-dək |
12-36 ay |
25-34% |
Açıqlamır |
|
9 |
“Nas Project BOKT" ASC |
100 000 AZN-dək |
fərdi |
27-36% |
Açıqlamır |
|
10 |
“Caspian Finance BOKT” MMC |
50 000 AZN-dək |
12-36 ay |
22-30% |
Açıqlamır |
|
11 |
“Merkuri BOKT” QSC |
30 000 AZN-dək |
36 ayadək |
28-45% |
Açıqlamır |
|
12 |
"Monetri BOKT" MMC |
120 000 AZN-dək |
3-60 ay |
25%-dən |
Açıqlamır |
Komissiya hissəsində - ilə işarələnmiş BOKT-ların rəsmi səhifələrində kredit komissiyası barədə məlumat verilməyib.












