Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “İdeal Kredit” MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması olub.
Bununla əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT "İdeal Kredit” MMC-ni 50 min manat, onun vəzifəli şəxsi isə 6 min manat məbləğində cərimə edilib.












