Azərbaycanda sahəvi ixtisaslaşmış bank olmayan kredit təşkilatlarından biri – «Embafinans» BOKT-un maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, BOKT-un açıqladığı maliyyə hesabatına əsasən şirkət son 4 ildə – 2022-2023-2024 və 2025-ci illərdə səhmdarlarına 12 milyon manat dividend ödəyib. Qeyd edək ki, dividend ödənişi şirkətin səhmdarının təmiz qazancıdır.
Sözügedən illərdə «Embafinans» BOKT-un xalis mənfəəti ümumilikdə 24,7 milyon manat olub.
BOKT 2022-ci ildə 3 milyon 170 min manat, 2023-cü ildə 5 milyon 325 min manat, 2024-cü ildə 7 milyon 207 min manat, 2025-ci ildə isə 9 milyon 12 min manat xalis mənfəət əldə edib.
Başqa sözlə, son 4 ildə BOKT-un 24 milyon manatlıq xalis qazancının 12 milyon manatı səhmdarların dividendlərinə sərf edilib. Maraqlıdır ki, BOKT-un mənfəətinin həcmindən asılı olmayaraq dividend kimi götürülən məbləğ həmişə 3 milyon manat olub.
«Embafinans» BOKT-un 2 səhmdarı var. Bunlar Abbasov Elqad İnşalla oğlu (86%) və Polyakova Tamara Başirovnadır (Rusiya vətəndaşı - 14% paya malikdir).
Yeri gəlmişkən, hesabatda deyilir ki, «Embafinans» özünün əlaqəli tərəfi olan “Embawood” MMC-dən mebel və digər məişət avadanlıqları satın alınması üçün fiziki şəxslərə kreditlər təqdim edir. 2025-ci ildə belə kreditlər BOKT-un bütün kreditlərinin 26%-i həcmində olub. 2024-ci ildə isə bu rəqəm 37% idi. Yəni son bir ildə «Embafinans»-ın kredit portfelində «Embawood»un payı azalır.
Qeyd edək ki, bir neçə il əvvəl «Embafinans»da paylar fərqli idi, burada 35%-lə Məşhur Məmmədov da yer alırdı. Hələ 2019-cu ilin BOKT-da yalnız Elşad Abbasov 60% və Məşhur Məmmədov 40% vardı.
2020-ci ildə «Embafinans»da paylar dəyişib və Tamara Polyakova Məşhur Məmmədovdan 5%, Elşad Abbasovdan isə 9% pay alaraq səhmdarlar sırasına qoşulub. Daha sonra Məşhur Məmmədov payını bütünlüklə Elşad Abbasova sataraq səhmdar sırasından çıxıb, nəticədə E.Abbasovun payı 86%-ə yüksəlib.
Qeyd edək ki, «Embafinans»ın payçıları olan Elşad Abdullayev və Tamara Polyakova onun ana şirkəti olan «Embawood»un da səhmdarları arasındadırlar.







![«Embawood»un sahibləri «Embafinans»dan – [red]MİLYONLAR QAZANIBLAR[/red] | FED.az](/upload/news/small/3009740.jpg)
![«Embawood»un sahibləri «Embafinans»dan – [red]MİLYONLAR QAZANIBLAR[/red] | FED.az](/upload/news/small/4873829.png)
![«Embawood»un sahibləri «Embafinans»dan – [red]MİLYONLAR QAZANIBLAR[/red] | FED.az](/upload/news/small/3524865.png)







