BOKT «AzKredit» ASC-nin idarə heyətində dəyişikliklər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin Samir Vəliyev idarə heyətinin üzvü təyin edilib. O, bu vəzifədə Amil Musayevi əvəz edib.
Bundan başqa, şirkətin idarə heyətinin üzvü olan Ramil Şıxaliyev idarə heyətinin sədrinin müavini təyin edilib.
Qeyd edək ki, BOKT «AzKredit» ASC-nin idarə heyətinin sədri Ceyhun Əliyev, 100%-lik səhmdarı Məmmədov Mahir İsmayıl oğludur.












