Kredaqro bank olmayan kredit təşkilatı (BOKT) əhaliyə yüksək faizlə kredit verən təşkilatlardan biridir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət krediti 43% dərəcəsi ilə verir. Belə ki, müştəri “Kredaqro”dan 3 min manata qədər olan krediti 12-36 aya qədər götürə bilir. Bu zaman yüksək faizdən əlavə komissiya haqqı da hesablanır.
Belə ki, əgər müştəri 12 aylıq 500 manat kredit götürürsə, 26 manat komissiya hesablanır (5,2%). Kreditin aylıq ödənişi 54,7 manat edir ki, bu da, o deməkdir ki, müştəri bir ilin sonunda 656,4 manat ödəniş edir.
Digər bir misalla, müştəri BOKT-dan 18 aylıq 1 000 manat kredit götürərsə, üzərinə 52 manat (5,2%) komissiya gəlir. Aylıq ödəniş 80,31 manat təşkil edir ki, bu da, 18 aya 1 445,58 manat edir. Yəni müştəri əlavə 445,58 manat ödəniş edir.
Əgər müştəri maksimum kredit məbləğindən istifadə etsə və 3 min manat kredit götürsə, bunun üzərinə 157 manat komissiya hesablanır. Aylıq ödəniş 157,46 manat olmaqla, üç ilin yekununda 5 min 668,56 manat edir.












