BOKT-lar əhalinin daha rahat kredit əldə etməsi üçün əsas vasitələrdən biridir. Bu təşkilatlarda kredit əldə etmək banklara nəzərən daha olsa da, kredit faizləri daha yüksək olur.
"Kredaqro" BOKT əhaliyə kreditləri 43%-lə verirmiş – RƏSMİ AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı «Merkuri BOKT» QSC-nin müştərilərə təklif etdiyi kredit faizlərini araşdırıb.
Araşdırma zamanı məlum olub ki, bu kredit təşkilatı bir neçə formada kredit ayırır. Onlardan avtomobil krediti, lombard krediti, nağd pul krediti və təqaüdçü kreditini göstərmək olaraq.
Nağd pul kreditlərinin illik faiz dərəcəsi «Merkuri BOKT»da 16%-dən 39%-ə qədər dəyişir. BOKT-da nağd kredit 7 min manata qədər 36 ayadək hissələrlə almaq mümkündür.
Kredit təşkiklatı lombard kreditlərində də kifayət qədər yüksək faiz dərəcələri ilə işləyir. Belə ki, «Merkuri BOKT»da 60 min manata qədər, 36 ayadək hissəli ödəniş imkanı ilə lombard krediti verilir. Bu kreditin illik faiz dərəcəsi 32%-dən 50%-ə qədər bahalaşır.
Avtomobil kreditlərində də BOKT yüksək faizlə işləyir. Avtomobil kreditinin illik faiz dərəcəsi 28%-dən 45%-ə qədər dəyişir. Bu kreditdən maksimum 30 min manata qədər və 36 ayadək yararlanmaq mümkündür.
Digər bir məqam da təqaüdçü kreditləri ilə bağlıdır. Bu kredit növü BOKT-lar arasında çox məşhur olmasa da, «Merkuri BOKT» bu krediti təklif edir. Bu kreditin maksimum məbləği 3 min manat, müddəti isə 36 aya qədərdir. Bu kreditin də illik faiz dərəcəsi 36-39% təşkil edir.












