Lombard krediti - yəni qızıl və ya digər zinət əşyalarını girov qoymaqla əldə edilən sürətli nağd pul kreditindən istifadə edənlərin sayı günü-gündən artır.
"Kredaqro" BOKT əhaliyə kreditləri 43%-lə verirmiş – RƏSMİ AÇIQLANDI
FED.az xəbər verir ki, əvvəllər sələmçilərin əsas məşğuliyyəti olan lombard kreditlərini indi həm banklar, həm də bank olmayan kredit təşkilatları (BOKT) təklif edir.
Ümumiyyətlə, hansı kredit təşkilatından kredit götürməkdən daha vacibi sərfəli kredit şərtlərini tapmaqdır.
Kredit şərtləti dedikdə buraya – kreditin məbləği, müddəti, faiz dərəcəsi və komissiya xərcləri daxilir.
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə BOKT-larda lombard kreditlərinin faiz dərəcələrini araşdırıb.
Araşdırma zamanı məlum olub ki, BOKT-lar 300 min manata qədər lombard krediti ayırırlar. Bu kreditlərin faiz dərəcələri BOKT-lardan asılı olaraq 22%-dən 50%-ə qədər dəyişir.
Kreditin komissiyası isə bəzi BOKT-larda 1-2%, bəzilərindıə isə 5% və daha yüksək təşkil edir. Bir sıra BOKT-lar isə kredit götürən zaman hesablanan komissiyanı açıqlamır.
Daha detallı:
|
S/N |
BOKT-lar |
Lombard kreditinin məbləği |
Müddəti |
Faiz dərəcəsi |
Komissiya |
|
1 |
“Azərbaycan Mikro-Kredit BOKT” ASC |
100 000 azn |
1-48 ay |
34-38% |
2-5% |
|
2 |
BOKT "Effektinvest" MMC |
50 000 AZN-dək |
1-36 ay |
26-36% |
3%-dən |
|
3 |
BOKT “İDEAL KREDİT” MMC |
200 000 AZN-dək |
3-60 ay |
22-42% |
1% |
|
4 |
BOKT "Falcon Finance" MMC |
100 000 AZN-dək |
3-36 ay |
24-36% |
1-5% |
|
5 |
“City Finance” BOKT MMC |
300 000 AZN-dək |
3-36 ay |
29-36% |
Açıqlamır |
|
6 |
“Kəpəz” BOKT MMC |
100 000 AZN-dək |
1-36 ay |
30-32% |
Açıqlamır |
|
7 |
“NAS PROJECT BOKT" ASC |
100 000 AZN-dək |
fərdi |
28-40% |
Açıqlanmır |
|
8 |
“Merkuri BOKT” QSC |
60 000 AZN-dək |
36 ayadək |
32-50% |
Açıqlamır |
|
9 |
"MONETRİ BOKT" MMC |
120 000 AZN-dək |
3-60 ay |
25%-dən |
Açıqlamır |












