«Alfa Kapital» BOKT MMC-nin müşahidə şurasının sədri dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, şirkətin müşahidə şurasının yeni sədri Köçərli Fərid Fəxrəddin oğlu olub.
Bundan əvvəl BOKT-un müşahidə şurasının sədri Köçərli Mehman Fəxrəddin oğlu idi.
Qeyd edək ki, şirkətin müşahidə şurasının üzvləri Köçərli Əli Fəxrəddin oğlu, Əkbərov Bəhruz Ziyaddin oğlu, direktor isə Cavadov Murad Şirin oğludur.












