«Kredit Servis» BOKT MMC 2023-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-ci ildə «Kredit Servis» BOKT müştərilərinə verdiyi kreditlərdən 229,3 min manat faiz gəliri əldə edib.
Bununla yanaşı digər maliyyə gəlirləri 48,3 min manat olub ki, bu da illik müqayisədə 20,3 min manat, başqa sözlə 73% çoxdur.
Beləliklə BOKT-nın cəmi gəlirləri hesabat dövründə 298 min manat təşkil edib. Bu da 2022-ci ilin sonu ilə müqayisədə təqribən 2,2 min manat və ya 1% çoxdur.
Kredit təşkilatının vaxtı keçmiş kreditlər üzrə ehtiyata ayırdığı məbləğin həcmi isə 20,4 min manat olub.
BOKT 2023-cü ildə əmək haqqı üçün 105,4 min manat, sosial sığorta haqları üçün 20,1 min manat, icarə haqları üçün 48 min manat, amortizasiya üçün 10,6 min manat, digər xərclər üçün 35,2 min manat, ümumilikdə isə 219,3 min manat xərc çəkib.
Kredit təşkilatı 13,8 min manat mənfəət vergisi ödənişindən sonra ötən ili 64,9 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir ildə 14,5 min manat, başqa sözlə 30% artıb.
2023-ci ilin yekununa görə, «Kredit Servis» BOKT-un cəmi aktivləri 1 milyon 397 min manat, kredit portfeli 825 min manat təşkil edib.
Öhdəliklərinin həcmi cüzidir – 43 min manat.
Balans kapitalı isə 3 min manat (0,2%) artaraq 1 milyon 354 min manata çatıb.
Bundan 1 milyon 283 min manatı səhmdar kapitalı, 6 min manat isə əvvəlki illərdən qalan, 65 min manatı isə 2023-cü ildə olan bölüşdürülməyən mənfəətdir.
«Kredit Servis» BOKT MMC 2023-ci il üzrə Audit Rəyi