“CPM İnvest İnvestisiya Şirkəti” ASC 2023-ci ili 1 milyon 642 min manat xalis mənfəət ilə başa vurub.
FED.az bu barədə investisiya şirkətinin hesabatına istinadən xəbər verir.
ASC 2022-ci ili 1 milyon 261 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı. Beləliklə, “CPM İnvest İnvestisiya Şirkəti"nin xalis mənfəəti son bir illə müqayisədə 381 min manat və ya 30% artıb. “CPM İnvest İnvestisiya Şirkəti” 2021-ci ili 433 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı.
2023-cü ildə “CPM İnvest İnvestisiya Şirkəti”nin cəmi investisiya xidmətləri üzrə gəlirəri 3 milyon 554 min manat, ümumi inzibati və digər əməliyyat xərcləri 1 milyon 501 min manat, əməliyyat mənfəəti isə 2 milyon 53 min manat təşkil edib.
“CPM İnvest İnvestisiya Şirkəti”nin əvvəlki illə müqayisətə şirkətin gəlirləri 2022-ci illə müqayisədə 1 milyon 114 min manat və ya 46%, ümumi inzibati və digər əməliyyat xərcləri 638 min manat, başqa sözlə 74%, əməliyyat mənfəəti isə 1 milyon 27 min manat, yəni 65% artıb.
“CPM İnvest İnvestisiya Şirkəti” ötən il 2 milyon 620 min manata aktivlərə malik olub, Akitvlər son bir ildə 14 milyon 231 min manat və ya 6,4 dəfə azalıb.
Şirkətin öhdəlikləri isə son bir ildə 14 milyon 638 min manat və ya 32,7 dəfə azalaraq 462 min manata düşüb.
Balans kapitalı 2 milyon 442 min manat təşkil edib ki, bu da illik müqayisədə 461 min manat və ya 23% çoxdur.
Yığılmış mənfəətin həcmi isə 861 min manat, başqa sözlə 2,1 dəfə artaraq 1 milyon 642 min manata çatıb.
Nizamnamə kapitalında dəyişiklik olmayıb və 400 min manat olaraq qalıb.
Qeyd edək ki, "CPM İnvest İnvestisiya Şirkəti" ASC 2021-ci ilin 15 Aprel tarixində lisenziya alaraq fəaliyyətə başlayıb.
"CPM İnvest İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalının 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.