“FINCA Azerbaijan” 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində maliyyə sektorunun iştirakı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.
FED.AZ xəbər verir ki, Zəfər Günü ərəfəsində təşkil olunan tədbir ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədini daşıyıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan “FINCA Azerbaijan”ın əməkdaşları da ağacəkmə işlərinə qoşularaq təşəbbüsə töhfə veriblər.
Dövlət qurumlarının və maliyyə assosiasiyalarının rəhbər şəxslərinin, üzv təşkilatların 250-yə yaxın nümayəndəsinin qatıldığı aksiya zamanı 2 hektar sahədə ümumilikdə 1 250 Eldar şamı və zeytun ağacı əkilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və maliyyə sektoru assosiasiyalarının 13 mart 2023-cü ildə imzaladığı Anlaşma Memorandumu əsasında həyata keçirilib. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə başladılan təşəbbüs çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə 1 milyon ağacın əkilməsi hədəflənir.
“FINCA Azerbaijan” cəmiyyətin rifahına töhfə verməyi və ətraf mühitə məsuliyyətli münasibəti korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi hesab edir. Təşkilatın aksiyada iştirakı daha yaşıl və sağlam gələcək naminə birgə fəaliyyətə verdiyi dəstəyin ifadəsidir.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendinin FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.










![[red]“FINCA Azerbaijan”[/red] Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub | FED.az](/upload/news/small/1134147.png)
![[red]“FINCA Azerbaijan”[/red] Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub | FED.az](/upload/news/small/4850556.jpeg)
![[red]“FINCA Azerbaijan”[/red] Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub | FED.az](/upload/news/small/2914273.jpg)
![[red]“FINCA Azerbaijan”[/red] Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub | FED.az](/upload/news/small/791602.jpg)
![[red]“FINCA Azerbaijan”[/red] Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub | FED.az](/upload/news/small/2333341.png)








