Noyabrın 20-də "Legion Financial" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə kütləvi təklif üsulu ilə istiqrazların emissiya edilməsi məsələsi daxildir.
Səhmdarlar gündəliyə daxil olan məsələ ilə bağlı ətraflı məlumat almaq üçün 0502479931 nömrəsinə zəng edə və ya [email protected] ünvanına sorğu göndərə bilərlər.
Qeyd edək ki, şirkətin AZ2005025468 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac noyabrın 12-də yekunlaşıb. Məlumata görə, söhbət 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat olan 1 milyon manatlıq faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlardan gedir. 52 investor 100 min manatlıq 52 sifariş verib. İstiqrazların tədavül müddəti 12 aydır, istiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.














