Ölkənin aparıcı maliyyə qurumlarından olan «FİNCA Azerbaijan» bank olmayan kredit təşkiları (BOKT) MMC bu ilin birinci yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.
“FINCA Azerbaijan”nın maliyyə bazarındakı mövqeyi daha da - GÜCLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət 6 ayda 10,1 milyon manat faiz gəliri əldə edib. Faiz gəlirlərinin böyük hissəsi - 10 milyon 13 min manatı kənd təsərrüfatına verilmiş kreditlər hesabına formalaşıb.
Hesabat dövründə şirkətin faiz xərcləri 3,6 milyon manata bərabər olub. Faiz xərclərinin yaranmasının səbəbi digər maliyyə qurumlarından alınan kreditlərin hesabına olub.
Bu ilin ilk 6 ayında şirkətin xalis faiz gəlirləri 6,5 milyon manata, qeyri-faiz gəlirləri 578 min manata, qeyri-faiz xərcləri 6,4 milyon manata bərabər olub. Qeyri-faiz gəlirlərinin 4,3 milyon manatını əməkhaqqı və kompensasiya xərcləri tutub.
Bəhs olunan dövrdə BOKT-un vergidən əvvəlki mənfəəti 1,2 milyon manat, mənfəət vergisi xərcləri 198,7 min manat olub. Yekunda şirkət 6 ayı 998,5 min manat xalis mənfəətlə bağlayıb. Bu, ötən ilin ilk yarısındakı 813,2 min manatlıq xalis mənfəətdən 185,3 min manat və ya 22,8% daha çoxdur.
Bu ilin birinci yarısının sonunda «FİNCA Azerbaijan” BOKT-un cəmi aktivləri 75,3 milyon manat olub. Bu, ötən ilin sonundan bəri 315 min manat (0,4%) artım deməkdir. Aktivlərin 5,2 milyon manatı nağd pul vəsaitlərinin, 65,6 milyon manatı müştərilərə verilmiş kreditlərin payına düşüb.
Hesabat dövrünün sonunda BOKT-un cəmi öhdəlikləri 56,9 milyon manat olub. Bu, ilin əvvəlinə nəzərən 683 min manat (1,2%) daha azdır. Öhdəliklərin 30,4 milyon manatı cəlb edilmiş vəsaitlərin, 21,4 milyon manatı digər maliyyə institutlarının (banklardan başqa) kreditlərinin hesabına formalaşıb.
Nəticədə, 2026-cı ilin birinci yarısının sonunda «FİNCA Azerbaijan” BOKT-un cəmi kapitalı 18,5 milyon manat olub. Bu da, son 6 ayda 998 min manatlıq (5,7%) artım deməkdir. Kapitalda nizamnamə kapitalı 3,8 milyon manat, bölüşdürülməmiş mənfəət 14,7 milyon manat, cari ilin xalis mənfəəti 998,5 min manat təşkil edib.









![«FİNCA Azerbaijan» BOKT xalis mənfəətini 23% artırıb – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3485207.jpg)
![«FİNCA Azerbaijan» BOKT xalis mənfəətini 23% artırıb – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3411859.jpeg)
![«FİNCA Azerbaijan» BOKT xalis mənfəətini 23% artırıb – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/355591.jpeg)
![«FİNCA Azerbaijan» BOKT xalis mənfəətini 23% artırıb – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/68155.jpeg)








