“Regional” Bank Olmayan Kredit Təşkilatı Ağdaş rayonunda baş tutmuş Aqrar Biznes Festivalında iştirak etmişdir.
FED.az xəbər verir ki, festival çərçivəsində “Regional” BOKT-nin əməkdaşları iştirakçılara təşkilatın aqrar sahəyə dəstək proqramı barədə ətraflı məlumat vermişlər. Sahibkar və fermerlərə kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə təqdim olunan kredit məhsulları, maliyyələşmə imkanları və müraciət şərtləri haqqında məlumat çatdırılıb, maarifləndirici materiallar paylanılıb.
Bu cür tədbirlər aqrar innovasiyaların, müasir texnologiyaların, kənd təsərrüfatı məhsulları və avadanlıqlarının nümayişi, eləcə də dövlət qurumları, maliyyə təşkilatları və sahibkarlar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyət kəsb edir.
“Regional” BOKT aqrar sektorun inkişafına, fermer və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərməyi fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edir. Təşkilat bu istiqamətdə regionlarda sahibkarlıq fəaliyyətinin təşviqinə və kənd təsərrüfatının maliyyələşdirilməsinə yönəlmiş təşəbbüslərini gələcəkdə də davam etdirməyi planlaşdırır.














