26 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
"BOKT-ların istehlak kreditləri üzrə - Tələblər sərtləşdirilib
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 16.11.2026-cı il tarixində keçiriləcək.
Məlumata görə, söhbət 1 milyon manat həcmində, 10 min ədəd, ilkin ticarət qiyməti 100 manat olan, AZ2060021022 Dövlət Qeydiyyat Nömrəli – İSİN, faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir. İstiqrazın illik faiz gəliri 15%-dir, tədavül müddəti 24 aydır.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.














