Azərbaycanda faktorinq üzrə fəaliyyət göstərən “Ferrum Kapital” QSC ötən il səhmdarına ödədiyi dividendin məbləğin məlum olub.
FED.az xəbər verir ki, 2023-cü il 960 min manat həcmində səhmdara dividend ödəyib. 2022-ci ildə isə 1 milyon 464 min manat dividend ödəmişdi.
İki ilə ümumilikdə səhmdarlara 2 mln. 424 min manat dividend ayrılıb.
Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə məxsusdur.
“Ferrum Kapital” QSC hesabat dövründə 18 milyon 52,6 min manat faiz gəlirinə qarşı 2 milyon 265 min manat xalis mənfəət əldə edib.