Daha bir əmlak şirkət “PMD Group” MMC-yə (VÖEN: 1701459191) qoşulub.
"PMD Group” MMC yenidən təşkil olunaraq – YENİ ŞİRKƏT YARADIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Retro Əmlak” MMC-nin (VÖEN: 1507644681) “PMD Group” MMC-yə qoşulması nəticəsində “PMD Group” MMC yenidən təşkil olunduğunu elan edib.
Bildirək ki, şirkət daha əvvəl yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Spinoff İnvestment” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdi.
Qeyd edək ki, 2013-cü ildə yaradılan “PMD Group” MMC Azərbaycanda daşınmaz əmlak, tikinti, investisiya və əmlakın idarə olunması sahələrində fəaliyyət göstərir. Şirkət yaşayış kompleksləri, biznes mərkəzləri, mehmanxanalar və digər daşınmaz əmlak layihələrinin inkişafı ilə məşğuldur.
“Retro Əmlak” MMC 2026-cı ildə yaradılıb. Nizamnamə kapitalı 500 manat olan şirkətin qanuni təmsilçisi Mikailov Ruslan Şamil oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Gəncə pr, ev.73, m.124 hüquqi ünvanında yerləşir.













