Çin şirkəti «kasıblar üçün Land Rover Defender» adlandırılan yeni avtomobili təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Çinin BAİC şirkəti «BAIC Xingtan 5X» markalı yolsuzluq avtomobilini təqdim edib. Avtomobil tam ötürücülü və 544 at gücündədir.
«BAIC» şirkətinin təqdim etdiyi – tamamilə «Land Rover Defender»i xatırladan BAIC Xingtan 5X-nin avtomobilin ölçüləri 4865 mm × 2000 mm × 1910 mm, təkər bazası (təkər oxları arasındakı məsafə) 2875 mm təşkl edir.
Avtomobilin xarici görünüşü «Land Rover Defender»i xatırladan kəskin küncləri ilə diqqəti cəlb edir. Avtomobilin altının yoldan hündürlüyü isə böyük deyil – 228 mm. Maşının tam ötürücülü variantında düz 14 rejim nəzərdə tutulur.
Yeni avtomobil həm tam elektrik, həm də qoşulabilən hibrid versiyada buraxılacaq. Tam elektrik versiyası 308 at güclü mühərriklə təmin edilib. Bu maşının gediş məsafəsi 625 km təşkpl edir.
Qoşula lilən hibrid versiyası isə gücü 142 at gücü olan 1,5 litrlik turbo mühərrik və 272 at güclü elektrik mühərriki ilə təmin edilib.
Tam ötürücülü variantda isə ümumi gücü 544 at gücü olan iki ədəd elektrik mühərrikləri var. 50 kVt·saat tutumu olan batareya təmiz elektrik enerjisi ilə 232 km gediş təmin edir.
Xingtan 5X avtomobili sürücüyə kömək edən «Huawei Qiankun ADS 5 Pro» sistemi ilə təmin edilib. Bu sistemin 27 məlumat mənbəyi, o cümlədən lidarı var. Maşının salonunda isə rəqəmsal cihazlar paneli və 2 ədəd 15,6 düymlük ekran var.
Top variantlarda isə buraya əlavə olaraq 23 dinamikli audiosistem, qabaq oturacaqlarda masaj və panoramik lük nəzərdə tutulur.
Yeni avtomobilin «kasığblar üçün Defender» adlandırılmasının səbəbi, onun əsl «Defender»dən qat-qat ucuz olmasıdır. Belə ki, «Xingtan 5X» modelinin qiyməti 130-175 min yuan, və ya 33-44 min manat arasındadır. Müqayisə üçün bildirək ki, əsl «Defender 110»un Britaniyada qiyməti 89 810 funt və ya təxminən 200 min manat təşkil edir.



















