Bu ilin noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 253,8 min nəfər olub.
Bu şəxslərə işləməsələr də minimum əməkhaqqı verilə bilər - TƏKLİF
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsiz şəxslərin sayı ötən ilin eyni dövrünə nəzərən 15,9 min nəfər və ya 6,7% artıb.
Belə ki, ötən ilin eyni tarixində ölkədəki işsiz şəxslərin sayı 237,9 min nəfər idi.
Hesabat dövründə işsiz şəxslərin 53,6%-ini qadınlar, 46,4%-ini kişilər təşkil edib.













