Bu ilin noyabr ayının birinə ölkədə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,4 manat olub.
Azərbaycanda işsizlərin sayı – 16 MİN NƏFƏR ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, işsizlikdən sığorta ödənişinin aylıq orta məbləği ötən ilin eyni dövrünə nəzərən 19,9 manat, yaxud da 4% azalıb.
Belə ki, ötən ilin eyni dövründə ölkədə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 499,3 manat idi.
Qeyd edək ki, hesabat dövründə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 253,8 min nəfər olub. İşsiz şəxslərin sayı ötən ilin eyni dövrünə nəzərən 15,9 min nəfər və ya 6,7% artıb. Belə ki, ötən ilin eyni tarixində ölkədəki işsiz şəxslərin sayı 237,9 min nəfər idi. İşsiz şəxslərin 53,6%-ini qadınlar, 46,4%-ini kişilər təşkil edib.













