Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.
Kobaxidze Bakıda Gürcüstan səfirliyinin yeni binasının inşası ilə bağlı qərar imzalayıb
FED.az xəbər verir ki, bunu Vyetnamın Baş naziri Le Minh Hunq Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.
Dövlət başçısı isə Vyetnamın bu addımını yüksək qiymətləndirib. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.













