“Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Aqrarkredit” BOKT Bakıda dəyəri 1.6 milyon manatdan çox olan əmlaklarını satışa çıxarır - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə “Bakı Ayaqqabı Fabriki” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 471 ünvanında yerləşən əmlak kompleksinin satılması və digər məsələlər daxil edilib.
Yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 471 ünvanında keçiriləcək.
Qeyd edək ki, “Bakı Ayaqqabı Fabriki” ASC 2018-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 7 milyon 851 min 794 manat olan şirkətin qanuni təmsilçisi İsgəndərov Əlimədət Məhəmməd oğludur.













