Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük, 1 milyard 675 milyon 236,6 min sərnişin daşınıb.
Azərbaycanda "İkinci əl" avtomobilləri yeni qaydada satılacaq
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 milyon 416 min ton və ya 6,9 % və 177 milyon 929 min sərnişin və ya 11,9 % çoxdur.
Hesabat dövründə 1 milyard 538 milyon 560,1 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 166 milyon 71 min nəfər və ya 12,1 % çoxdur.
2026-ci ilin yanvar-oktyabr aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 11 milyon 857,8 min nəfər və ya 9,5 % artaraq 136 milyon 676,5 min nəfər olub.
Bu ilin 10 ayında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 861 milyon 919,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168 milyon 277 min sərnişin və ya 9,9 % çoxdur.













