Bu ilin noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 253,8 min nəfər olub.
İşdən çıxarılan adamın kredit borcunu - Sığorta şirkəti ödəyə bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, işsiz şəxslərin cəmi 4 min 853 nəfəri və ya 1,9%-i işsizlikdən sığorta ödənişi alır.
Bundan başqa, ölkədəki işsiz şəxslərin sayı son bir ildə 15,9 min nəfər və ya 6,7% artıb. İşsizlikdən sığorta ödənişi alan şəxslərin sayı isə 2 min 141 nəfər (78,9%) artıb.
Bu dövrdə ölkədə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,4 manat olub. İşsizlikdən sığorta ödənişinin aylıq orta məbləği ötən ilin eyni dövrünə nəzərən 19,9 manat, yaxud da 4% azalıb. Belə ki, ötən ilin eyni dövründə ölkədə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 499,3 manat idi.













