Xəbər verdiyimiz kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib.
Heybət Qədirov Özbəkistanda bankın İdarə Heyəti sədrinin müavini təyin edili
FED.az xəbər verir ki, Taleh Ağacan oğlu Tahirli 1981-ci ildə anadan olub. 2003-cü ildə Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) Biznesin təşkili və idarəedilməsi fakültəsini bakalavr pilləsi üzrə bitirib. 2021-2022-ci illərdə HEC Parisdə İnnovasiyaların idarə edilməsi və sahibkarlıq üzrə magistr dərəcəsi (Executive MSc) alıb.
2007-2015-ci illərdə “Unibank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2015-2018-ci illərdə bankın Pərakəndə bankçılıq və marketinq üzrə direktoru, İdarə Heyəti sədrinin müavini olub. 2019-cu ilin iyulundan ABB-nin İdarə Heyəti sədrinin müavini, bankın Baş Strategiya inzibatçısıdır.
2025-ci ilin dekabrından Azericard şirkətinin Müşahidə Şurasının sədridir.















