"Ferrum Kapital" QSC-nin cari ilin birinci yarısı üzrə kapitalı 2%-dən çox azalıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin kapitalı cari ilin ilk yarım ili 16 milyon 769,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 401,7 min manat, başqa sözlə 2,3% azdır.
Belə ki, "Ferrum Capital" QSC-nin 2022-ci ilin birinci yarısında kapitalı 17 milyon 171,3 min manat olmuşdu.