“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC-nin dividend ödənişlərində rekord artım qeydə alınıb.
FED.az xəbər verir ki, “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC tərəfindən səhmdara ödənilən dividendlərin həcmi illər üzrə kəskin dəyişib.
Belə ki, 2022-ci il ərzində səhmdara 760 min manat, 2023-cü ildə isə 700 min manat dividend ödənilib. Bu, 60 min manat və ya təxminən 7,9 faiz azalma deməkdir.
2024-cü ildə dividend ödənişləri daha kəskin şəkildə azalaraq 30 000 manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 670 min manat, yəni təxminən 23,3 dəfə azalma anlamına gəlir.
Bununla belə, 2025-ci ildə dividend ödənişində ciddi dönüş baş verib. Bu dövrdə səhmdara 2 milyon 201 min 703 manat dividend ödənilib. Bu, 2024-cü illə müqayisədə 2 milyon 171 min 703 manat və ya təxminən 7 239 faiz artım deməkdir.
Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).










