"MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalını 4 artırmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu məqsədlə "MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd adi, sənədsiz, adlı səhmlər buraxıb.
Təklifin səbəbi olaraq nizamnamə kapitalının artırılması göstəriləcək. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir. Cəlb olunacaq vəsaitlərin xalis məbləği 4 milyon 794 min 540 manat təşkil edəcək. Artım 16 dəfə olacaq.
Yerləşdirmə uğurla tamamlanarsa təşkilatın nizamnamə kapitalı 5 milyon 100 min 170 manata çatacaq.
Anderrayter "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).










